“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı – rəsmi

İngiltərənin “Mançester Yunayted” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Ralf Ranqnikə tapşırılıb.

Ranqnik “Mançester Yunayted”in 6 aylıq, müvəqqəti baş məşqçisi olacaq.

Alman mütəxəssis bundan əvvəl Moskva “Lokomotiv”ində idman direktoru kimi çalışırdı.