“Mançester Yunayted” sənədli filmdən imtina edib

“Mançester Yunayted” klub haqqında “Amazon”da çəkilən sənədli filmdən imtina edib.

Komanda.az “The Athletik”-ə istinadən xəbər verir ki, çəkilişlər 2025/26 mövsümündə, komandada demək olar ki, qeyri-məhdud şəkildə başlamalı idi. “Amazon” sövdələşmə üçün 10 milyon funt-sterlinqdən çox təklif edib ki, bu, şəbəkənin əvvəllər “Arsenal”, “Mançester Siti” və “Tottenhem”in çəkildiyi “All or Nothing” sənədli filmləri üçün rekorddur.

“Qırmızı şeytanlar”ın sahibləri, INEOS, ticarət departamenti və baş icraçı direktor Ömər Berrada müqavilənin tərəfdarı olub, çünki klubun 700 milyon funt sterlinqdən çox borcu var və Avropa yarışlarında iştirak etməyəcək.

Ancaq yayın əvvəlində “Amazon”la danışıqlar əsasən baş məşqçi Ruben Amorimin mövqeyinə görə pozulub. “Mançester Yunayted”in baş məşqçisi açıq şəkildə rejissorların komandanın obyektlərinə müdaxiləsindən narahat olacağını və çəkilişin özünün də oyunçuları işlərindən yayındıracağını bildirib.

İngiltərə klubu 2024/25 mövsümünün ikinci yarısında şəbəkə ilə bir neçə ay gizli danışıqlar aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button