
“Mançester Yunayted”in yarımmüdafiəçisi İtaliya klubuna keçə bilər
“Mançester Yunayted”in yarımmüdafiəçisi Manuel Uqarte İngiltərə Premyer Liqasını tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ilə İtaliya A Seriyasının bir neçə klubu maraqlanır.
“Qırmızı şeytanlar” isə 24 yaşlı oyunçunun satışından təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Uqartenin “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir. O, ötən mövsüm komanda ilə 45 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



