MY argentinalı futbolçu üçün danışıqlara başlayıb

“Lion”un müdafiəçisi Nikolas Talyafiko “Mançester Yunayted”ə keçə bilər.

Komanda.az “The İndependent”-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 30 yaşlı müdafiəçinin transferi ilə bağlı “Lion”la danışıqlar aparır.

Fransa klubu argentinalı futbolçunun transferi üçün 6 milyon avro təzminat istəyir. “Mançester Yunayted” qənaət etmək üçün futbolçunun transferinə çox pul xərcləmək istəmir.

Talyafiko bir il əvvəl dörd milyon avro qarşılığında “Lion”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button