“Mançester Yunayted” Sulşerə əvəzləyici tapdı

“Mançester Yunayted” baş məşqçisi Ole-Qunnar Sulşerlə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəhbərliyi komandanın uğursuz çıxışlarından sonra norveçli mütəxəssislə yolları ayırmağı planlayır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Mançester Yunayted”də Sulşerin ayrılacağı halda, onun yerinə əsas namizəd də məlum olub. Son olaraq “Yuventus”u çalışdıran Massimiliano Alleqri “qırmızı şeytanlar”da baş məşqçi ola bilər. Hazırda işsiz olan italyan mütəxəssisin artıq ingilis dili kurslarına getdiyi də bildirilir.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasında 7 turdan sonra 9 xalla 10-cu pillədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button