
“Mançester Yunayted”in “radar”ındadır – Almaniyalı futbolçu
Münhenqladbax “Borussiya”sının yarımmüdafiəçisi Rokko Reytz karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır. İddiaya görə, mümkün transferin dəyəri təxminən 40 milyon avro qiymətləndirilir.
Almaniyalı oyunçu 2020-ci ilin yayından “Borussiya”nın formasını geyinir və klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.
“Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 25 turdan sonra 44 xal toplayaraq, turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komandanın növbəti oyunu səfərdə “Vest Hem”ə qarşı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



