“Mançester Siti” 2 müdafiəçini “qaralayıb”

“Mançester Siti” müdafiə xəttinin cinahlarını gücləndirmək üçün əsas hədəflərini müəyyənləşdirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” Tino Livramento (“Nyukasl”) və Rayan Ait-Nurini (“Vulverhempton”) transfer etməkdə maraqlıdır.

“Mançester Siti” yaxın günlərdə 23 yaşlı əlcəzairli futbolçu Ait-Nurinin transferi üzrə danışıqlarda irəliləyiş əldə etməlidir. Onun keçidinin qısa müddətdə rəsmiləşəcəyi gözlənilir.

İngiltərəli futbolçu Livramento ilə bağlı danışıqlar isə daha mürəkkəb görünür. “Nyukasl” 22 yaşlı futbolçunu heyətində saxlamaq niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button