“Mançester Siti” onu satmaq istəyir

İcarə əsasında “Midlsbro”da çıxış edən “Mançester Siti”nin qapıçısı Zak Steffen “şəhərlilər”dən ayrıla bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Mançester təmsilçisinin rəhbərliyi amerikalı futbolçunu cari mövsümün sonunda, icarə müddəti bitdikdən sonra satmağı planlaşdırır.

28 yaşlı futbolçu 2022/23 mövsümündə “Midlsbro”nun heyətində 42 liqa oyununa çıxıb, 50 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button