“Başqa klub axtarmaq fikrim yoxdur” – Mahrez

“Mançester Siti”nin futbolçusu Riyad Mahrez açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi, karyerasını “şəhərlilər”də bitirmək istədiyini deyib:

“Özümü “Mançester Siti”də möhtəşəm hiss edirəm. Başqa klub axtarmaq fikrim yoxdur. Gələcədə necə olacağını bilmirəm, lakin bu şəhərdə özümü yaxşı hiss edirəm. Burda qalıb, bu klubda karyeramı bitirmək istəyirəm.

Həm “Lester”lə, həm də “Mançester Siti” ilə Premyer Liqada çempionluq yaşadım. “Lester”lə çempionluğumuzu heç kim gözləmirdi. Bu çempionluq hər zaman xoş xatirəm olacaq. “Mançester Siti” ilə çempionluğumuz çətin alındı. “Liverpul” çempion olandan sonra məyus olmuşduq. Bu, bizi yenidən motivasiya etdi və bu mövsüm çempion olduq”.

Mahrez 2018-ci ildə “Lester”dən “Mançester Siti”yə keçib.