“O, bütün zamanların ən yaxşı futbolçusudur” – De Bruyne

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne İngiltərə mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi, “Barselona”da qalmağa qərar verən Lionel Messinin “Mançester Siti”yə keçmə ehtimalından da danışıb:

“Həqiqətən, bunlar mənə maraqlı deyil. Messi “Mançester Siti”yə gəlsəydi, əlbəttə, bizə kömək edərdi. O, bütün zamanların ən yaxşı futbolçusudur. Ancaq komandaya kimin gələcəyi, kimin gedəcəyi haqda çıxan xəbərlər mənə maraqlı deyil. Bizim yaxşı heyətimiz var, əvvəlcədən “hansısa bir futbolçu bizə qoşulsaydı, nələr edərdik” deyə, düşünmək axmaqlıq olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button