“İrəli gediriksə, deməli, buna layiqik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsində “Borussiya”nı (Münhenqladbax, Almaniya) məğlub etdikləri cavab oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan Qvardiola, 2:0 hesabıyla bitən matçı belə şərh edib:

“Yaxşı futbol göstərdik, oyunun əvvəlindən nəzarət bizdə idi. Vurduğumuz iki sürətli qol işimizi asanlaşdırdı. Buna baxmayaraq, futbolçularımız yaxşı oyun göstərməyə davam etdi.

Ruben Dias və Con Stounz komandada vacib rol oynayırlar. Təkcə müdafiəçilər deyil, hər kəs yaxşı oynayır: hücumçular da, yarımmüdafiəçilər də.

Növbəti matçlarda da qələbə qazanıb, daha irəli getmək istəyirik. Ümid edirəm ki, uğurlu çıxışımızı davam etdirə bilərik. Düşünürəm ki, irəli gediriksə, deməli, buna layiqik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button