“Məğlubiyyətdən dərs çıxarmalıyıq” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 5-ci turunda “Norviç”ə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Qvardiola, 2:3 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Norviç”i təbrik edirəm. Məğlubiyyətdən dərs çıxarmalıyıq. Çoxlu şanslarımız oldu, ancaq yararlana bilmədik. Futbolda səhvlərdən qaçmaq olmur. Bizim neçə qol şansımız var idi, onların neçə qol şansı oldu, bilmirəm. Futbolda əsas olan qolu vurmaqdır”.