“Futbolda belə məğlubiyyətlər olur” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 27-ci turu çərçivəsində “Mançester Yunayted”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, 0:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Fantastik oyun oldu. “Mançester Yunayted” çox təzyiqlər etdi və sürətli hücuma çıxdı. Yaxşı oynadıq, təəssüf ki, qol vura bilmədik. Məğlub olduq, qarşıda oyunlarımız var. Çempionluğa 30 xal qalıb, yenidən qələbələr qazanmalıyıq. Futbolda belə məğlubiyyətlər olur”.

“Mançester Siti” Premyer Liqada 65 xalla liderdir.