“Mançester Siti”də mükəmməl bir atmosfer var” – Yeni transfer

“Mançester Siti”nin yeni transferi Antuan Semenyo komandadakı atmosferlə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “şəhərlilər”in onu yaxşı qarşıladığını söyləyib:

“Burada mükəmməl bir atmosfer var. Hər kəs özünəinamlıdır və daha çox şeyə nail olmağa çalışır. Dəstəkləyici bir mühit tapdım ki, bu da mənə özünəinam qazandırdı. Məni yaxşı qarşıladılar. Mənim üçün çox şey dəyişdi. Tez bir zamanda uyğunlaşıram və oyundan zövq alıram”.

26 yaşlı futbolçu yanvarın əvvəlində təxminən 75 milyon avro qarşılığında “Bornmut”dan “Mançester Siti”yə transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button