“Mançester Siti”dən “Tottenhem”lə heç-heçə, “Liverpul”la “Çelsi”dən qələbə

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, bu gün daha 5 görüş baş tutub.

“Mançester Siti” “Tottenhem”lə məhsuldar keçən ev oyunundan xal itkisi ilə ayrılıb. “Çelsi” bu turda “Brayton”la ev oyunundan qələbə ilə ayrılıb. “Liverpul” da doğma meydanda “Fulhem” üzərində əzmkar qələbəyə sevinib.

Hazırd 33 xala malik “Arsenal” vahid liderdir. “Liverpul” 31 xalla ikinci, “Mançester Siti” 30 xalla üçüncüdür. “Aston Villa”nın 29, “Tottenhem”in 27, “Nyukasl”ın 26, “Mançester Yunayted”in 24 xalı var.

İngiltərə Premyer Liqası
14-cü tur

2 dekabr

Arsenal – Vulverhempton 2:1
Qollar: Saka, 6. Edeqor, 13 – Kunya, 86.

Brentford – Luton Taun – 3:1
Qollar: Maupay, 49. Mi, 56. Baptista, 81 – Braun, 76.

Börnli – Şeffild Yunayted 5:0
Qollar: Rodriqes, 1. Larsen, 29. Amduni, 73. Koleoşo, 75. Braunhill, 80.

Nottingem Forest – Everton 0:1
Qol: Maknil, 67.

Nyukasl – Mançester Yunayted 1:0
Qol: Qordon, 56.

3 dekabr

Bornmut – Aston Villa 2:2
Qollar
: Semenyo, 10. Solanke, 52 – Beyli, 20. Uotkins, 90.

Çelsi – Brayton 3:2
Qollar
: E.Fernandes, 17; 65-pen. Koluill, 21 – Buonanotte, 43. J.Pedro, 90+2.

Liverpul – Fulhem 4:3
Qollar
: Leno, 20-öz qapısına. Mak Allister, 38. Endo, 87. Aleksander-Arnold, 88 – H.Uilson, 24. Tete, 45+3. De Kordova-Reid, 80.

Vest Hem – Kristal Pelas 1:1
Qollar
: M.Kudus, 13 – Eduard, 53.

Mançester Siti – Tottenhem 3:3
Qollar
: Son, 9-öz qapısına. Foden, 31. Qriliş, 81 – Son, 6. Lo Çelso, 69. 69. Kuluşevski, 90.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button