“Mançester Siti”dən çətin, “Tottenhem”dən asan qələbə

İngiltərə Premyer Liqasında 16-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

“Everton”un qonağı olan “Çelsi” yenə məğlubiyyətə üzülüb. “Mançester Siti” səfərdə “Luton Taun” üzərində əzmkar qələbəyə sevinib. “Fulhem” doğma meydanda “Vest Hem”ə, “Tottenhem” isə “Nyukasl”a böyük hesabla qalib gəlib.

Hazırda 37 xala malik “Liverpul” vahid liderdir. “Arsenal” 36 xalla ikinci, “Aston Villa” 35 xalla üçüncüdür. “Mançester Siti” 33, “Tottenhem” 30, “Mançester Yunayted” 27 xal toplayıb.

İngiltərə Premyer Liqası
16-cı tur

9 dekabr

Kristal Pelas – Liverpul 1:2
Qollar: Mateta, 57 – Salah, 76. Elliot, 90+1.

Brayton – Börnli 1:1
Qollar: Adinqra, 77 – Odobert, 45.

Mançester Yunayted – Bornmut 0:3
Qollar: Solanke, 5. Billinq, 68. Senesi, 73.

Şeffild Yunayted – Brentford 1:0
Qol: Makate, 45+1.

Vulverhempton – Nottingem Forest 1:1
Qollar: Kunya, 32 – Toffolo, 14.

Aston Villa – Arsenal 1:0
Qol: Makqinn, 7.

10 dekabr

Everton – Çelsi 2:0
Qollar: Dukure, 54. Dobbin, 90+2.

Fulhem – Vest Hem 5:0
Qollar: R.Ximenes, 22. Villian, 31. Adarabioyo, 41. H.Uilson, 60. K.Vinisius, 89.

Luton Taun – Mançester Siti 1:2
Qollar: Adebayo, 45+2 – B.Silva, 62. Qriliş, 65.

Tottenhem – Nyukasl 4:1
Qollar: Udoqi, 26. Riçarlison, 38; 60. Son, 85-pen – Joelinton, 90+1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button