“Mançester Siti”də ciddi itki – 1 ay olmayacaq

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kevin De Bruynenin durumuna aydınlıq gəlib.

Komanda.az xəbər verir ki, Premyer Liqada “Aston Villa” ilə matçda zədələnən 30 yaşlı belçikalı yarımmüdafiəçi bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

De Bruynenin bud əzələsində problem yaranıb.

Kevin De Bruyne cari mövsümdə 23 oyun keçirib, 3 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.