“Mançester Siti” yeni transferini açıqladı

“Mançester Siti” “Vulverhempton”un yarımmüdafiəçisi Mateus Nunesi heyətinə qatıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Daha əvvəl bildirilmişdi ki, “Vulverhempton” “şəhərlilər”in Nunes üçün 54 milyon avroluq təklifini rədd edib.

Nunes 2023/24 mövsümündə “Vulverhempton”un heyətində Premyer Liqada 2 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button