“Mançester Siti”dən “Real”lı üçün 60 milyon avroluq təklif

“Mançester Siti”nin yay transfer pəncərəsi dövründə ilk hədəfi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Real”dan Toni Kroosu heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Siti”nin alman futbolçu üçün 60 milyon avroluq təklif hazırladığı bildirilib.

“Real”la 2022-ci ilə qədər müqaviləsi olan 29 yaşlı yarımmüdafiəçi, bu mövsüm 31 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button