“Mançester Siti” onu satmayacaq

“Mançester Siti” yarımmüdafiəçisi Ticani Reyncersi bu yay komandadan buraxmaq niyyətində deyil.

Komanda.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. “Şəhərlilər” niderlandlı futbolçunun transferi ilə bağlı bütün təklifləri rədd edəcək.

Son vaxtlar Reyncersin adı “Nyukasl”, “Atletiko” və “Qalatasaray”la hallansa da, “Mançester Siti” onu satmağı planlaşdırmır.

27 yaşlı yarımmüdafiəçi “Mançester Siti”yə 2025-ci ilin yayında “Milan”dan 54 milyon avro qarşılığında transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-na qədərdir.

Reyncers 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda meydana çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 50 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button