“Mançester Siti” rəsmisindən Qvardiola ilə bağlı açıqlama

“Mançester Siti” klubunun icraçı direktoru Ferran Soriano komandanın baş məşqçisi Xosep Qvardiolanın gələcəyiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Soriano, ispan mütəxəssisin 2021-ci ilə qədər klubla müqaviləsinin olduğunu və bu müddətdən əvvəl “şəhərlilər”i tərk etməyəcəyini deyib.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisidir. Onun rəhbərlik etdiyi kollektiv hazırda Premyer Liqada lider “Liverpul”dan 14 xal geri qalaraq 3-cü sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button