400-cü qələbə!

“Mançester Siti” İngiltərə Premyer Liqasının 13-cü turunda “Çelsi”ni məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 2:1 hesabıyla bitən görüş “şəhərlilər” üçün yubileylə əlamətdar olub. Belə ki, “Çelsi” üzərində qazanılan qələbə, “şəhərlilər”in Premyer Liqada 400-cü zəfəri olub.

“Mançester Siti” Premyer Liqada 400 və daha çox qələbə qazanan 6-cı komanda olub. Bu göstəricidə lider isə “Mançester Yunayted”dir. “Qırmızı şeytanlar”ın hesabında 652 qələbə var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button