MS “Bayern”in 2 futbolçusunu transfer edə bilər

“Mançester Siti” “Bayern”in iki futbolçusu – 28 yaşlı Coşua Kimmix və 20 yaşlı Camal Musiala ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu Kimmixlə yanvarda müqavilə bağlamaq fikrindən imtina edib, lakin mövsümün sonunda bu plan dəyişə bilər.

Musialanın transferi isə “Bayern”lə yeni anlaşmaya razı olmasa, mümkün olacaq.

Kimmixin “Bayern”lə müqaviləsi 2025-ci ilin yayında, Musialanın müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button