MS “Barselona”nın rekordunu təkrarladı

“Mançester Siti”  yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, komanda buna Klublararası dünya çempionatının finalında Braziliya “Fluminense”sini 4:0 hesabı ilə məğlub etməklə nail olub.

Beləliklə, “şəhərlilər” ən böyük top fərqinə görə mundialın final rekordunu təkrarlayıblar. Bundan əvvəl 2011-ci ildə “Barselona” eyni hesabla “Santos”u məğlub etmişdi.

Qeyd edək ki, hər iki kluba eyni mütəxəssis – Pep Qvardiola rəhbərlik edirdi. Qvardiola əvvəllər bu kuboku 2 dəfə “Barselona” ilə, 1 dəfə isə “Bayern”lə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button