“Mançester Siti” Almaniya klubunun müdafiəçisini transfer etdi – rəsmi

“Mançester Siti” rəsmi saytı vasitəsilə Dortmund “Borussiya”sının müdafiəçisi Manuel Akancini transfer etdiyini açıqlayıb.

Komanda.az xəbər verir ki, tərəflər 2026/2027 mövsümünün sonuna qədər razılığa gəliblər. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

“Xosep Qvardiola fantastik məşqçidir. “Mançester Siti”nin inanılmaz heyəti var. Beləliklə, bu mənim üçün inanılmaz bir fürsətdir. Mən həqiqətən də, İngiltərə Premyer Liqasında özümü sınamaq şansını səbirsizliklə gözləyirəm və yeni klubumun uğur qazanmasına kömək etmək üçün mümkün olan hər şeyi edəcəm”- deyə, “Mançester Siti”nin rəsmi saytı Akancidən sitat gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button