Maldininin gördüyü 3 ən böyük futbolçu

“Milan”ın və İtaliya millisinin keçmiş müdafiəçisi Paolo Maldini gördüyü ən yaxşı üç futbolçunun adını çəkib.

Komanda.az “sportskeeda”-ya istinadən xəbər verir ki, Maldini öz siyahısına portuqaliyalı hücumçu Kriştiano Ronaldonu daxil etməyib.

Maldininin fikrincə, ilk üçlükdə Lionel Messi, Dieqo Armando Maradona və braziliyalı Ronaldo olmalıdır:

“Gördüyüm ən böyük üç oyunçu Lionel Messi, Dieqo Maradona və Ronaldo Nazariodur”.

Maldini hazırda “Milan”ın texniki direktoru vəzifəsini tutur. O, bu yaxınlarda klubla müqaviləsini 2024-cü ilə qədər uzadıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button