“Makkabi” – “Qarabağ”: Mətbuat konfransı və açıq məşqin vaxtı bilindi

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk oyununda səfərdə “Makkabi”nin qonağı olacaq “Qarabağ” bu gün İsrailə yollanıb.

Komanda.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 11:00-da Təl-Əviv şəhərinə gedən Ağdam təmsilçisi üç saatlıq uçuşdan sonra qalacağı otelə çatıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtı ilə saat 20:45-də media mənsublarının suallarını cavablandıracaq. Komanda isə Bakı vaxtı ilə saat 21:00-da matçın keçiriləcəyi “Blumfild” stadionunda son məşqinə çıxacaq.

“Makkabi” – “Qarabağ” matçı sabah, saat 23:00-da start götürəcək.