Mahirli “Dinamo” səfərdən çətin qələbə ilə döndü

Xorvatiya çempionatında 9-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qoritsa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Mahir də bu görüşün iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.

“Dinamo” 9 turdan sonra 25 xalla zirvədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button