
Mahirdən “Rakuv”dakı debüt oyununda qol
Azərbaycanlı futbolçu Mahir Emreli Polşanın “Rakuv” komandasında debüt oyununda qol vurub.
Komanda.az xəbər verir ki, 29 yaşlı hücumçu Konfrans Liqasında Malta təmsilçisi “Valletta”ya qarşı keçirdikləri ilk matçda fərqlənib.
Forvard 53-cü dəqiqədə adını tabloya yazdırıb və hesabı 1:1 edib. Azərbaycanlı hücumçu 82-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma “Rakuv”un 3:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



