Mahir Emrelinin klubunda yeni idman direktoru

Polşanın “Legiya” klubuna yeni idman direktoru təyin olunub.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandasında bundan sonra sözügedən vəzifəni Pavel Tomçik yerinə yetirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, Tomçikin Varşava universitetinin iqtisadiyyat elmləri fakültəsinin məzunu olduğu diqqətə çatdırılıb. O, “Qurnik”, “Motor Lyüblin”, “Zniç” kimi komandalarda futbol da oynayıb, karyerasını 2015-ci ilin iyulunda başa vurub. 2019-cu ilin noyabr ayından isə “Rakuv”un əvvəl skautinq meneceri, daha sonra idman direktoru olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button