Mahir Emreli: “Bu, bizim üçün əlavə motivasiyadır”

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emreli oyundan əvvək təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu oyunla bağlı bunları deyib:

  • Rəqibin gücü bəllidir. Düşünürəm ki, bu, özü bizim üçün motivasiyadır. Qrupda xalımız yoxdur, evdə oynayırıq. Çalışacağıq ki, əlimizdən gələnin ən yaxşısını edək.
  • Sabahkı oyunda yaxşı oynayacağınıza söz verə bilərsən?
  • Yaxşı oynayacağıq. Xorvatiyanın adı belə, bizə böyük motivasiya verir. İlk oyunda sensasiya etməyə yaxın olduq, indi niyə etməyək? Yaxşı oyun sərgiləməyə çalışacağıq.
  • Məğlubiyyət olanda tənqid olunursuz. Səncə, uğur qazanmaq üçün nə çatışmır?
  • Məğlubiyyət olanda tənqidlərin olması normaldır. Slovakiya ilə oyunda uğursuz olduq. Digər oyunlarda pis çıxış etmədik. Sadəcə, bəxtimiz gətirmədi.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button