AÇ-2020: “Ən gözəl nağıllarda belə, bəzən sonluq yaxşı olmur”

Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin qrup mərhələsinin sonuncu turunda Almaniyaya qarşı keçirdikləri oyundan (2:2) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, italyan mütəxəssis, turnirlə vidalaşmaları ilə bağlı bunları deyib:

“Bacarmağa çox yaxın idik. Qrupdan çıxsaydıq, tarixi hadisə olacaqdı. Ən gözəl nağıllarda belə, bəzən sonluq yaxşı olmur.

Dünyanın ən yaxşı komandası deyilik, lakin necə müdafiə olunduq, necə komanda şəklində oynadıq, gördüz. Möhtəşəm performans sərgilədik. Düzü, hücum futbolunu sevirəm, lakin rəqiblərə baxanda düzdün seçim etdiyimizi görürük”.

Macarıstan yığması AÇ-2020-nin F qrupunu sonuncu sırada bitirib və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button