“Mətbuat sanki “Real”ın heyətini transfer etmişik kimi davranır” – Konte

İtaliyanın “İnter” klubunun baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis, “neradzurra”nın transfer siyasəti haqqında danışıb:

“Bunu hər zaman demişəm, yeni futbolçular kimsə satıldıqdan sonra gələ bilər. Bu, transfer bazarında balanslaşdırılmış yanaşmadır. Gələn yeni futbolçular bir müddətdir oynamırlar, buna görə də, onlara vaxt verməliyik. Gücləndirilməsi lazım olan müəyyən sahələri möhkəmləndirmək istəyirik. Yenidən inkişaf etmək üçün çox çalışmaq və detallar üzərində işləməyə davam etməliyik. Mətbuat sanki “Real”ın heyətini transfer etmişik kimi davranır, amma bu, səhv mesajdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button