“Hazırda ölü vəziyyətindəyik” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının “Sevilya” ilə final görüşündən sonra (1:1, penaltilər – 1:4) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bazar ertəsi istirahətə yollanacağını deyib:

“Obyektiv fikir bildirməliyəm? “Roma”da qalacağımı dəqiq deyə bilməyəcəyəm. Klubla bir illik sözləşməm var. Bazar ertəsi istirahətə yollanacam. Hazırda ölü vəziyyətindəyik. Çox məyusuq. Haqqında çox danışacağımız ədalətsiz nəticə qeydə alındı. Mən və futbolçularım daha çox şeyə layiqik. Daha artığı üçün mübarizə aparmaq fikrimiz var. Məşqçi və əlaqələndirici şəxs olmaqdan bezmişəm”.

“Sevilya” tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub. Mourinyo isə karyerasında ilk dəfə avrokubokların həlledici qarşılaşmasında yenilib. Öncədən o, beş final matçının hər birində qələbə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button