Məşhur futbolçu Yaponiya klubundan ayrılır

Yaponiya “Vissel Kobe”sində çıxış edən Andres İnyesta klubunu dəyişmək istəyir.

Komanda.az “Nikkan Sports” nəşrinə istinadən xəbər verir ki, o, az forma şansı əldə etdiyi üçün bu qərarı verib. Yaxın Şərq və ABŞ klublarından ispaniyalı üçün kifayət qədər təkliflər var.

Mayın 11-də 39 yaşı tamam olacaq futbolçu 2018-ci ildə adıçəkilən kluba keçib. Onun klubla hazırkı müqaviləsi 2024-cü il yanvarın 31-dək qüvvədədir.

İnyesta komandada 132 oyuna çıxıb, 26 qol vurub və 25 məhsuldar ötürmə edib. O, 2022/23 mövsümündə dörd matçda 59 dəqiqə meydanda olub.

Hazırda Yaponiya çempionatının turnir cədvəlinə 11 turdan sonra “Vissel Kobe” başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button