“Məndə ziddiyyətli hisslər var, çünki…” – “Barselona”nın futbolçusu

“Barselona”nın hücumçusu Lamin Yamal La Liqanın 9-cu turunun “Qranada” ilə oyununda (2:2) vurduğu qolu şərh edib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, komandanın yavaş-yavaş yaxşı nəticələr əldə edəcəyinə inandığını deyib:

“Hədəfimdən və rekordumdan çox razıyam, amma məndə ziddiyyətli hisslər var, çünki qalib gəlməli olduğumuz matçda hesabı bərabərləşdirdik. Mən rekord haqqında deyil, oyunun gedişatını necə çevirmək barədə düşünürdüm. Çox aktiv komandalarla evdə üç oyun keçirdik. Yavaş-yavaş yaxşılaşacağımıza və daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.

16 yaşlı hücumçu İspaniya La Liqasının 9-cu turunun “Qranada” ilə səfər matçında ilk hissənin ilk dəqiqəsində qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button