“Məncə, İtaliyada cəzalar daha sərt olmalıdır” – Dibala

“Yuventus”un hücumçusu Paulo Dibala irqçiliklə bağlı açıqlama verib.

Komanda.az CNN-ə istinadən xəbər verir ki, argentinalı futbolçu, İtaliyada irqçiliyə qarşı görülən addımları tənqid edib:

“Özünü irqçiliyə məruz qalan bir insanın yerinə qoymaq çətindir. Təkcə dərinin rənginə görə deyil, başqa ölkələrdən gəldikləri üçün irqçiliyə məruz qalan insanlar da var. İrqçiliyə qarşı mübarizə aparmalı olan təkcə onlar deyil. Cəmiyyət olaraq hamımız bunu etmək üçün birlikdə olmalıyıq. İtaliyanın bir çox stadionunda irqçilik hallarına rast gəlinib. Mario Balotelli, Miralem Pyaniçə qarşı irqçilik şüarları səsləndirilib. Məncə, İtaliyada cəzalar daha sərt olmalıdır. A Seriyası milyonlarla insanın izlədiyi, dünyanın ən güclü çempionatlarından biridir. İnsanlar burda irqçiliyin olduğunu, buna qarşı addımların atılmadığını və futbolçuların cəsarətinin qırıldığını görürlər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button