“Mən özümü əmin hiss edirəm” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Münhen klubundan mümkün gedişiylə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırkı vəziyyətdən narazı olduğunu və bunu düzəltməyə çalışdığını bildirib:

“Mən özümü əmin hiss edirəm. Baş direktor Dresen ilə münasibətim, birgə işimizin necə getdiyi haqqında bilirəm. O, mənim hazırkı vəziyyətdən nə qədər narazı olduğumu və onu düzəltmək üçün nə qədər səy göstərdiyimi bilir”.

Fevralın 18-də Almaniya Bundesliqasının 22-ci turunun matçında “Bayern” səfərdə “Bohum”a uduzub (2:3). Münhen klubu cari mövsümdə altıncı məğlubiyyətini alıb.

Bundesliqanın 22 turundan sonra “Bayern” 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button