“Mən “Atletiko”ya La Liqada və ya Çempionlar Liqasında qələbə qazandıra bilməzdim”

“Atletiko”nun hücumçusu Antuan Qrizmann klubun azarkeşləri ilə vidalaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard bunu söyləyib:

“Mən “Atletiko”ya La Liqada və ya UEFA Çempionlar Liqasında qələbə qazandıra bilməzdim. Amma bu gün baş verənlər mənim üçün kuboklardan daha çox şey ifadə edir. Sevginizi ömrümün sonuna qədər xatırlayacam”.

Fransalı futbolçu bazar günü Madrid klubunun heyətində sonuncu ev matçında iştirak edib və “Jirona”nı 1:0 hesabı ilə məğlub etdikləri oyunda məhsuldar ötürmə verib.

Qrizmann yeni mövsümdən “Orlando Siti”yə qoşulacaq. Onun MLS klubuna keçidi rəsmi olaraq mart ayının sonlarında təsdiqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button