Daha 2 azərbaycanlı futbolçu Tailand klubuna keçdi

Məmməd Quliyevdən sonra daha iki azərbaycanlı futbolçu karyerasını Tailandda davam etdirəcək.

Komanda.az xəbər verir ki, Anar Babayev və Kamil Hüseynov aşağı liqada mübarizə aparan “Muanqnont Bankunmae” klubuna transfer olunub. Hər iki futbolçuyla bir illik sözləşmə imzalanıb. Azərbaycanda “Səbail”in forması geyinən Babayev daha əvvəl də Tailand klubunda çıxış edib. O, “Sinqburi Banqrajun”un şərəfini qoruyub. Hüseynov isə əvvəl AZAL-da çıxış edib.

Bir müddət əvvəl Məmməd Quliyev Tailandın “Kamhenqphet” klubuna keçmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button