“Məğlub da ola bilərdik” – Azər Bağırov

“Zirə” üzərində qələbədən sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov mətbuat konfransı keçirib.

Komanda.az xəbər verir ki, o, komandasının 1:0 hesablı qələbəsini belə şərh edib:

“Çətin oyun oldu. “Zirə” əbəs yerə bu Premyer Liqada lider deyil. Məğlub da ola bilərdik. Sona qədər mübarizə apardıq, səbirlə müdafiə olunduq və lazım olan qolu vurduq.

Futbolçularla həm fərdi, həm də kollektiv şəkildə mütəmadi söhbətlər edirik, eyforiyaya qapılmaqdan söhbət gedə bilməz. Arxada qalan 8 oyun ərzində “Sumqayıt”la qarşılaşmanın ilk hissəsində rəqibə uduzduq. Qalan matçlarda uşaqlar yaxşı çıxış etdilər, mübarizə apardılar”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button