Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət – FOTO

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil Bakıda “Çelsi”yə qarşı keçirəcəkləri Avropa Liqasının final matçı öncəsi azərbaycanlı azarkeşlərə müraciət ünvanlayıb.

Komanda.az xəbər verir ki, “tvitter”dəki rəsmi səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib.

O, Azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

Özil 2018-ci il oktyabrın 4-də “Qarabağ”la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan və paytaxt gəzintisindən fotolarını da paylaşıb.

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.