“Mən və oyunçularım səhv edirik” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının Premyer Liqanın 14-cü turu çərçivəsində “Tottenhem”ə qarşı keçirdiyi oyunu (3:3) şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın son oyunlarına bənzədiyini bildirib:

“Mən və oyunçularım səhv edirik. “Tottenhem” sevinirdi, biz daha az sevinirdik. Bu qarşılaşma son oyunlarımıza bənzəyir. Hamı nə qədər qol buraxdığımızdan narahatdır. Amma qol vurmamağımız bizi narahat etmir”.

“Şəhərlilər” Premyer Liqada 14 turdan sonra 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button