“Mən bunu edəcəm” – “Mançester Yunayted”in futbolçusu

“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço hələ də İngiltərə yığmasının DÇ-2022 üçün heyətinə düşə biləcəyinə inanır.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Sanço dünya çempionatına qatılmağın onun üçün əsas məqsədlərdən biri olduğunu bildirib:

“Bəli, dünya çempionatına getmək yüz faiz məqsədlərimdən biridir. Milliyə dəvət almadığım üçün üzr istəyirəm, amma diqqətimi özümə yönəltməyə davam etməliyəm. Hər həftə çox çalışmalıyam. Mən bunu edəcəm”.

Sentyabrın 15-də İngiltərə yığmasının Millətlər Liqasının oyunları üçün heyəti açıqlayıb və 22 yaşlı futbolçu milli komandaya dəvət almayıb.

İngiltərə millisi Millətlər Liqasında sentyabrın 23-də İtaliya ilə, sentyabrın 26-da isə Almaniya ilə qarşılaşacaq.

Sanço bu mövsüm bütün yarışlarda 8 oyuna çıxıb, 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button