“Fənərbaxça” “Atalanta” ilə razılıq əldə edə bilmir

“Atalanta”nın hücumçusu Ademola Lukman qış transfer pəncərəsində klubunu tərk etməyə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça” 28 yaşlı futbolçu ilə bağlı danışıqlar aparsa da, hələlik razılıq əldə olunmayıb.

İtaliya klubunun rəhbərliyi danışıqların uzanmasından narahatdır və artıq “səbrini itirməyə” başlayıb. “Atalanta” yaxın vaxtlarda ödənişlə bağlı konkret təminatlar almasa, Lukmanı Türkiyə təmsilçisinə satmaq niyyətindən vaz keçəcək.

Nigeriyalı hücumçunun digər iddiaçısı olan “Atletiko”da da problemlər yaşanır. Madridlilər Lukmanı heyətə qatmaq istəsələr də, oyunçunun transfer qiymətini və maaş tələblərini həddindən artıq yüksək hesab edirlər.

Mövcud vəziyyəti nəzərə alaraq, Lukmanın mövsümün sonuna kimi “Atalanta”da qalması istisna edilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button