Potter Lukaku barədə düşünmür

“Çelsi”nin çalışdırıcısı Qrem Potter “İnter”də icarə əsasında çıxış edən futbolçu Romelu Lukakunun gələcək taleyi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələ bu barədə düşünmədiyini deyib:

“Mən hələ bu barədə düşünməmişəm. O, hazırda “İnter”in futbolçusudur və orada oynayır. Düşünürəm ki, müzakirələr və dialoqlar mövsümün sonunda baş tutacaq”.

Belçikalı hücumçu 2022-ci ilin yayından “İnter”in formasını geyinir. Onun Milan təmsilçisi ilə icarə sözləşməsi cari mövsümün sonunda başa çatacaq.

Lukaku İtaliya klubunun heyətində 17 oyuna çıxıb, beş qol vurub və bir məhsuldar ötürmə edib.

“İnter” hazırda ölkə çempionatının turnir cədvəlində 50 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button