Enrike tənqidçilərinə bu paylaşımla cavab verdi – FOTO

Futbol üzrə İspaniya yığmasının baş məşqçisi Luis Enrike millinin çıxışı ilə bağlı tənqidlərə cavab verib.

Komanda.az xəbər verir ki, Enrike, sosial şəbəkədə İspaniya millisinin UEFA Millətlər Liqasının 2020 və 2022 mövsümlərindəki, AÇ-2020 və DÇ-2022-nin seçmə mərhələlərindəki nəticələrini qitənin digər güclü komandalarının nəticələri ilə müqayisə edən cədvəli paylaşaraq, belə yazıb:

“Vəziyyəti kontekstdə başa düşmək üçün”.

İspaniya millisi 2020-ci il Millətlər Liqasının finalında Fransaya uduzub. AÇ-2020-də ispanlar yarımfinala yüksəlibər. İspaniya yığması DÇ-2022-nin seçmə mərhələsini öz qrupunda birinci yerdə başa vurub və 2022-ci ildə Millətlər Liqasında “dördlüy”ə vəsiqə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button