19 yaşlı futbolçu London klublarını “düşmən etdi”

“Benfika”nın futbolçusu Jota İngiltərə klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçuyla “Tottenhem” və “Arsenal” yaxından maraqlanır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London təmsilçilərinin portuqaliyalı futbolçunu transfer etmək üçün “Benfika”yla danışıqlara başladığı bildirilir. “Benfika” Jotanın transfer dəyərini 30 milyon avro olaraq müəyyənləşdirib.

“Benfika”nın B komandasından heyətə cəlb olunan Jota, ötən mövsüm Portuqaliya 2-ci liqasında bombardir olub. Hücumçu bir dəfə U-19, bir dəfə də U-17 Portuqaliya millisi ilə Avropa çempionluğunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button