“Lokomotiv”dən azərbaycanlı futbolçuların komandasına 5 cavabsız qol

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.

Ayazın adı bu matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyatda qalıb. İlya isə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

Cəmi 1 xalı olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button