“Liverpul”un yeni baş məşqçisi Kloppun evində yaşayacaq

Arne Slotun “Liverpul”a baş məşqçi təyin edildikdən sonra harada yaşamağı planlaşdırdığı məlum olub.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis hazırda “qırmızılar”ın çalışdırıcısı Yurgen Kloppun yaşadığı evdə yaşayacaq. 

Xatırladaq ki, alman mütəxəssis mövsümün sonunda “Liverpul”u tərk edəcək. 

Hazırda “Feyenoord”da çalışan Slot “Liverpul”un baş məşqçi postuna əsas namizəddir.

“Liverpul” bu mövsüm Premyer Liqada 36 turdan sonra 78 xal toplayaraq turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button